Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

ELANLAR / Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib

Nazirlər Kabinetin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun sözlərinə görə, 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olacaq.

Sərəncamda bildirilir ki, Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib.

“Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilib, ölkəmizin təbii resursları talan olunub, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilib.

2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsində Zəfər qazanılıb. 2023-cü il sentyabrın 19-da isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatına başlanıb. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib.

Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib.

“Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”, – deyə Sərəncamda qeyd edilib.

Menyu