26 may 2025-ci il tarixində Şuşa Humanitar Kollecində Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə elan edilmiş ‘’Konstitusiya və Suverenlik ili’’ çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 107-ci ildönümünə həsr edilmiş təntənəli bayram tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Vətən uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra ‘’28-may Müstəqillik Günü’’ haqqında Könül Hüseynova məruzə etdi. Daha sonra kollecin musiqi şöbəsinin müəllim və tələbələrindən ibarət konsert proqramı nümayiş etdirildi. Tədbiri Kollecin direktoru Rasim Mehdiyev təbrik sözləri ilə yekunlaşdırdı.