20 may 2025-ci il tarixində Şuşa Humanitar Kollecində 18 may-18 iyun tarixləri "İnsan Hüquqları Aylığı" çərçivəsində "İnsan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur" mövzusunda müəllim və tələbələrin iştirakı ilə tədbir keçirilmişdir. Tədris işləri üzrə direktor müavini Azər Səfixanlı İnsan Hüquqları Bəyannaməsinin tarixi, keçilən yol, Azərbaycanda insan hüquqlarının təmin edilməsi yolunda atılan addımlar barədə məlumat verib.