12 dekabr 2024-cü il tarixində Şuşa Humanitar Kollecində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı.Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Könül Hüseynova müasir,müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,milli həmrəylik və bütövlüyü təmin edən,azərbaycançılıq ideologiyasının banisi,xalqımızın və dövlətimizin xilaskarı Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri haqqında məlumat verdi. Daha sonra Ümummilli liderə həsr olunmuş videoçarxlar nümayiş etdirildi.