Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

ELANLAR / ŞUŞA HUMANİTAR KOLLECİNDƏ 8 NOYABR ZƏFƏR GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB.

5 noyabr 2024-cü il tarixində Şuşa Humanitar Kollecində ‘’8 noyabr Zəfər günü’’ nə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə tərbiyə işləri üzrə direktor müavini Hüseynova Könül  açdı. Daha sonra tədbirdə Azərbaycan Redpublikasının Dövlət Himni səsləndi. Vətən uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tərbiyə işləri üzrə direktor müavini Könül Hüseynova  ‘’ 8 noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış tarixi ədalətin bərpa edildiyi Zəfər günü’’  haqqında giriş sözü söylədi. Kollecin müəllimi Bünyadova Məhəbbət ‘’Zəfər günü ‘’haqqında məruzə etdi. Daha sonra kollecin tələbəsi Həsənova  Nigar ‘’Zəfər bayramı’’ şeirini söylədi. Mövzuya həsr olunmuş videoçarxlar nümayiş etdirildi. Tədbirin II hissəsində musiqi şöbəsinin hazırladığı konsert proqramı təqdim olundu. Sonda Tədris işləri üzrə direktor müavini Azər Səfixanlı müəllim və tələbə kollektivini Zəfər günü münasibəti ilə təbrik etdi.

Menyu