Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

ELANLAR / 27 sentyabr 2024- cü il tarixində Şuşa Humanitar Kollecində Anım Günü ilə bağlı tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Vətən uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Giriş sözü Təlim-Tərbiyə işləri üzrə direktor müavini Könül Hüseynova tədbiri açaraq qeyd etdi ki, ölkə Prezidenti İlham Əliyev 02 dekabr 2020- ci il tarixində sentyabr 27 - sinin Azərbaycan Respublikasının Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam İmzalayıb.  Bu gün biz 44 günlük Vətən müharibəsinin ildönümünü qeyd edirik.


 

Tələbə gənclər təşkilatının üzvü Abbasova Jalə ‘’ Gənclər hər zaman öndədir’’ mövzusunda çıxış etdi. Sonra Tədris işləri üzrə direktor müavini Azər Səfixanlı öz fikirlərini bildirdi. Həmçinin kollecimizin qazi tələbəsi Səfərov Nurlan da xatirələrindən danışdı. Sonda ‘’ 44 Gün, 44 An’’ sənədli filmi nümayiş etdirildi.

 

Menyu