Tədbirdə Təhsil Tələbə Krediti Fondunda Təhsil Müəssisələri üzrə İş Şöbəsinin böyük mütəxəssisi İlkanə Həmidli təhsil krediti barədə geniş məlumat verdi. O, kreditin növləri, verilmə qaydaları, kredit üçün hansı şərtlər olduğu, krediti almaq üçün müraciət qaydaları haqqında geniş şəkildə videomateriallar nümayiş etdirərək tələbələri məlumatlandırdı.Sonda təhsil tələbə krediti ilə bağlı tələbələrin suallarını cavablandırdı.