Tədbirdə minalar və onların təhlükəsindən, mina olan ərazidə ne etmək lazım olduğu barədə çıxışlar oldu.
Minatəmizləmə fəaliyyəti çərçivəsində mina və partlamamış hərbi sursatların (PHS) olması şübhəli hesab edilən ərazilərdə şübhələrin sübutlara əsaslanması yaxud əsaslanmamasını müəyyən etmək və hər bir halda müvafiq tədbirlərin yerinə yetirilməsi işləri ərazilərin tədqiqatı adlanır.
Tədqiqat işləri öz növbəsində üç hissəyə bölünür:
“Qeyri texniki tədqiqat” mina və PHS-lərin ehtimal olunduğu şübhəli ərazilər barədə ayrı-ayrı mənbələrdən toplanmış ərazinin çirklənmə dərəcəsini, orada olan mina və PHS-lərin növünü, yayılmasını digər məsələləri əks etdirən məlumatların qeydiyyatı, həm də təhlilinə əsaslanan ərazilərin təhlükədən azad edilməsi prosesinin ilkin mərhələsidir.
“Texniki tədqiqat” qeyri-texniki tədqiqat fəaliyyəti ilə toplanılması mümkün olmayan məlumatların əldə edilməsi üçün şübhəli təhlükəli ərazilərə fiziki müdaxilələrin (əl ilə təmizləmə, mexaniki vasitələrin və heyvanların dəstəyi ilə minatəmizləmə və digər) aparılmasını təşkil edir. Ərazilərdə mina və PHS ilə çirklənmənin mövcudluğunu təsdiqləyir, bu çirklənmənin xüsusiyyətini, dərəcəsini müəyyənləşdirir, qeyri-texniki tədqiqat məlumatları əsasında təsdiqlənmiş təhlükəli ərazilərin mina və PHS ilə çirklənmiş olub-olmadığını qiymətləndirir.
“Təkrar tədqiqat”- uzun müddət ərzində məlumat bankında olan şübhəli, təhlükəli ərazidə yeni məlumatlar toplamaq və ya şübhəli, təhlükəli ərazinin statusunu, sərhədlərini təsdiqləmək və ya bu sərhədlərdə dəyişiklikləri, o cümlədən məlumat bankında saxlanmasını dəstəkləmək üçün heç bir sübutun olmadığı sahələrin ləğvi məqsədilə qeyri-texniki “təkrar tədqiqat” aparılaraq ərazilərə dair güncəllənmiş status təyin edilir.
Beynəlxalq və Milli tələblərə müvafiq olaraq bir ərazidə ilkin mərhələdə “Qeyri-texniki tədqiqat” aparılır, nəticə etibarı ilə qeydə alınmış ərazilərin ikinci mərhələdə təmizlənməsindən əvvəl “texniki tədqiqatı” aparılır. Milli məlumat bankında uzun illər qeydiyyatda qalan, hər hansı bir fəaliyyətlərin aparılmadığı ərazilərin isə bir müddət keçdikdən sonra təkrar tədqiqatı keçirilir.
Bütün sahələrdə olduğu kimi, minatəmizləmə fəaliyyətlərində də innovasiyalar, texnologiyalar, dronlar və süni intellektin imkanlarından geniş istifadə olunur.
Minatəmizləmə Agentliyi 2021-ci ildən dronlar və süni intellektin istifadəsi ilə tədqiqat işlərində səmərəli nəticələr göstərən “Uzaq Məsafədən (Havadan) Mina sahələrinin Tədqiqatı” (RAMS) sistemindən istifadə edir.
Sistemin təsviri
Bu sistem, mina və PHS-lərlə çirklənmiş əraziləri müəyyən etmək üçün hazırlanıb. Təhlükəli və şübhəli əraziləri müəyyən edən sistem vasitəsi ilə minatəmizləmə işlərinin səmərəliliyi xeyli artırılıb. Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) uyğun olaraq, RAMS sistemi Qeyri-Texniki Tədqiqat (IMAS 8.10) əməliyyatının daha optimal və dəqiq yerinə yetirilməsini dəstəkləyir.Sistemin minatəmizləmə fəaliyyətindəki əhəmiyyəti: